Kiyevdə öldürülən azərbaycanlı tələbənin qatili beynəlxalq axtarışa verildi

“Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına Nota göndərilib”.

Türk.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır.

23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev ötən həftə Kiyevdə qətlə yetirilib. Məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib.

Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılan C.Hacıyev həmin şəhərə gedib. O, Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb.

Cavid Hacıyev Bakıdakı İqtisad Universitetində magistr təhsili alırdı. O, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevin nəvəsidir.

ƏvvəlkiAQTA aidiyyəti qurumlarla birgə saxta spirtli içkilər hazırlayan mütəşəkkil dəstəni ifşa etdi
Növbəti“Hunter” layihəsi çərçivəsində gömrük əməkdaşları üçün seminar keçirilir