Türk.az ady.az-a istinadən xəbər verir ki,”Azərbaycan Dəmir yolları” QSC-nin sifarişi ilə yığılan iki mərtəbəli elektrik qatarları və yataq tipli vaqonlara baxış olub. Layihə rəhbəri Martin Halmo qatarların texniki göstəriciləri və üstünlükləri barədə məlumat verib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Belarusda səfərdə olan nümayəndə heyəti İsveçrənin “Stadler Rail Group” Şirkətinin “Stadler Minsk “ zavodunda olub. Cəmiyyətin sədri Cavid Qurbanov şirkətin rəsmi nümayəndəsi Sergey Karpoviçlə görüşüb. Sonra müəssisədə “Azərbaycan Dəmir yolları” QSC-nin sifarişi ilə yığılan iki mərtəbəli elektrik qatarları və yataq tipli vaqonlara baxış olub. Layihə rəhbəri Martin Halmo qatarların texniki göstəriciləri və üstünlükləri barədə məlumat verib. Geniş və işıqlı salon, rahat oturacaqlar və müasir məlumatlandırma mərkəzi sistemi sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin edir. Giriş meydançalarının genişliyi sərnişinlərin vaqonlara giriş-çıxışını sürətləndirərək, asanlaşdırır. Qatarlar Azərbaycanın iqlim şərtləri nəzərə alınaraq xüsusi işlənmiş kondisioner sistemi ilə təchiz edilib. Bütün sərnişin salonlarında Wi fi şəbəkəsinə giriş təmin olunub. Səfər zamanı nümayəndə heyətinə “Stadler Minsk” şirkətinin istehsal gücü barədə də ətraflı məlumat çatdırılıb. Bildirilib ki, Stadler konserninin hissəsi kimi 2014-cü ildən istehsala başlayan zavod şəhər daxili, şəhər və regionlararası qatarlar, metro qatarları və tramvaylar, digər zəruri texniki avadanlıqlar buraxır. Sənaye müəssisəsi MDB məkanında mövcud geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. Zavodun maksimal istehsal gücü ildə 150 aliminium vaqon və 100 polad seksiyalardir. 919 sərnişin tutumuna malik qatarların istismar sürəti saatda 160 km-dir.
“Stadler Minsk” zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunur.