Azərbaycan cüdoçusu Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

Türk.az xəbər verir ki, 66 kq çəkidə çıxış edən 28 yaşlı idmançı 1/4 finalda qazaxıstanlı Erlan Serikcanovdan güclü olub. O, bunadək almaniyalı Sebastyan Seydli, israilli Tal Flikeri və rusiyalı Mixail Pulyayevi üstələyib.

Səfərov finala vəsiqə uğrundan kubalı Orlando Polanko ilə qarşılaşacaq.

Əvvəlkiİran prezidenti Azərbaycana gəlib
NövbətiBakıda Qoşulmama Hərəkatı sammitinin yekun sənədləri razılaşdırılıb