Gürcüstanın Prezident Administrasiyasının rəsmi www.president.gov.ge saytına kiber hücumu olub.
“Report”un yerli bürosu xəbər verir ki, saytda sabiq prezident Mixail Saakaşvilinin fotosu və “Mən qayıdacağam” sözləri yerləşdirilib.
Hazırda sayta giriş mümkün deyil.
Bu cür haker hücumunun bir neçə sayta edildiyi barədə məlumatlar yayılıb.