Türkiyənin İzmir şəhərinin Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat nəticəsində Türk Silahlı Qüvvələrinin FETO terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 133 hərbi qulluqçusu haqqında saxlanılma qərarı qəbul edilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, aralarında polkovnik, mayor, kapitan olan Türk Silahlı Qüvvələrinin 101 əməkdaşı artıq saxlanılıb. Digər şübhəlilərin axtarışları davam edir.
Əməliyyatlar İzmirin 45 rayonunda eyni vaxtda keçirilib.