Bakı metrosunda qatarda problem yaranıb.
Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün saat 08:30 radələrində metronun “Həzi Aslanov” stansiyasında baş verib: “Maşinist qatarda nasazlıq ehtimal edib və qatara əlavə baxış keçirib. Nəticədə 4 dəqiqə yubanma olub”.
Hazırda intervalın bərpası ilə bağlı tədbirlər görülür.