Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər: “Çağırış saat 4:47-də daxil olub. Qızların dediyinə görə hadisə kirayələdikləri mənzildə baş verib”.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.