Zaqatala 7 dəfə silkələndi – Güclü zəlzələdən sonra…

Zaqatalada dünən axşam baş verən zəlzələ ilə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları əraziyə yollanıb.

Türk.az xəbər verir ki, bu barədə APA-ya Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli danışıb. Q.Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq:

“Hazırda əraziyə gedirik. Zəlzələ ocağında prosesin necə getdiyi araşdırılacaq. Bu işlərdən sonra zəlzələnin baş vermə səbəbləri və gərginliyin artma ehtimalının olub-olmadığı ilə bağlı ictimaiyyətə dəqiq məlumat veriləcək”.

Seysmoloji Xidmət Mərkəzi isə zəlzələ güclü olduğu üçün indiyə qədər 7 avterşok baş verdiyini bildirib. Zəlzələ güclü olduğu üçün avterşokların bir müddət davam edəcəyi də vurğulanıb.

Qeyd edək ki, ötən gün saat 22:40-da Zaqatalada 6 bala qədər hiss edilən zəlzələ baş verib.

ƏvvəlkiMəcburi Köçkün uşaqlar tibbi müainədən keçirildi:-Valideyinlər maarifləndirildi
NövbətiQarabağa qanunsuz turist səfərinin qarşısı alındı