Gələn ildən Qobustan rayonu ərazisindəkı palçıq vulkanları ilə bağlı böyük turizm kompleksinin yaradılması nəzərdə tutulub.
Türk.az xəbər verir ki, bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Dövlət Turizm Agentliyin aparat rəhbəri Kənan Qasımov məlumat verib.
Onun sözlərinə görə, kompleksə baş çəkən turistlərin palçıq vulkanları ilə bağlı ətraflı məlumat əldə etmək imkanı olacaq.
“Bununla yanaşı, kompleksdə turistlər üçün müxtəlif xidmətlər təşkil ediləcək. Hazırda palçıq vulkanlarının ərazisində xoşagəlməz mənzərə var. Ərazi kortəbii şəkildə idarə edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac var idi və bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb”, – deyə turizm rəsmisi əlavə edib.