Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

Türk.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma sərgi barədə məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış olublar.

ƏvvəlkiSaatlı-Becar mənzilində baş verən yol-nəqliyyat hadisəsi barədə rəsmi açıqlama
NövbətiMilli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd olunacaq