Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Azərbaycan paytaxtında keçirilən iclasının yekununda Bakı Bəyannaməsi qəbul edib.
“Report”un məlumatına görə, 47 bənddən ibarət bəyannaməyə əsasən, TÜRKPA-nın növbəti plenar iclası gələn il Qazaxıstanda keçiriləcək.
Sənəddə təşkilatın dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə, model qanunların işlənib hazırlanmasına, mədəni sərvətlərin qorunması üçün səylərin birləşdirilməsinə və TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin aparatlarının əməkdaşları arasında təcrübə mübadiləsinə dair müddəalar əksini tapıb.
Bəyannamədə həmçinin TÜRKPA üzvlərinin ticarət və investisiya sahəsində əməkdaşlığını genişləndirmək üçün Türk Ticarət və Sənaye Palatasının formalaşdırılmasının vacibliyi vurğulanıb.
TÜRKPA-nın plenar iclasında Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Mustafa Şentop təşkilata sədrliyi Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova verib.