Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyinə “Qırmızı Aypara” təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib.
“Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Qəza zamanı təyyarədə 180 nəfər olub.