Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, dəfn mərasimində mərhumun yaxınları, millət vəkili Qənirə Paşayeva və rayon rəhbərliyi iştirak ediblər.
Nərmin Quliyeva Tovuz rayonunun Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, ötən il noyabrın 21-də itkin düşən N.Quliyevanın meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi isə hələ məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.