Qazaxıstanın “Air Astana” aviaşirkəti İraq və İran hava məkanındakı uçuşlardan imtina edib
AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdəki İran və ABŞ silahlı qüvvələri arasındakı münaqişələrlə əlaqədar Qazaxıstan İraq və İran əraziləri üzərindəki uçuşlardan imtina etməyə məcbur qalıb. Belə ki, Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı və Nur-Sultandan Dubaya gedən marşrutun dəyişdirilməsi barədə qərar qəbul edib.