Rusiyanın Xarici İşlər Nazirliyində (XİN) Liviya münaqişəsinə dair çoxtərəfli danışıqlara başlanılıb.
Türk.az xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu barədə “Facebook”dakı səhifəsində yazıb.
O bildirib ki, Rusiya ilə Türkiyə prezidentləri arasında İstanbulda əldə edilmiş razılaşmalara əsasən, bu gün XİN-in Qəbul Evində Liviya münaqişəsinin həll olunması ilə bağlı xarici işlər və müdafiə nazirləri səviyyəsində Rusiya – Türkiyə görüşü başlayıb”.
M.Zaxarova görüşə münaqişə tərəflərinin nümayəndələrinin də qoşulacağını deyib.