Yanvarın 15-də bütün dünya KİV-ləri Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında mütləq səs çoxluğu ilə qəbul edilmiş “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti haqqında” qətnaməsi barədə məlumat verdilər. Qətnamənin mətnini təhlil edərkən haqlı olaraq bizim milli KİV analitikləri bildirirdilər ki, Prezident İlham Əliyevin AB-nin Şərq Tərəfdaşlığı layihəsi ilə bağlı keçən ilin sonunda verdiyi bir müsahibədə səsləndirdiyi tənqid Avropa hakimiyyətlərinin qərarlarına təsir edib.
İLHAM ƏLİYEVİN PRİNSİPİAL MÖVQEYİ
Xatırladaq ki, dövlət başçısı AB-nin Şərq Tərəfdaşlığı layihəsinin gələcəyi barədə danışarkən, bu layihənin perspektivlərinin açıqlanmaması, mövcud əməkdaşlıq mexanizmlərinin amorf mahiyyəti və müxtəlif ölkələrə münasibətdə “ikili standartlar” siyasətinin təzahürləri ilə bağlı ciddi suallar qaldırdı.
Görünən odur ki, AB bu tənqidi çox ciddi qəbul edib. Belə ki, yanvarın 15-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında mütləq səs çoxluğu ilə “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti haqqında” qətnamə qəbul edilib. Səsvermədə iştirak edən 704 deputatdan 454-ü qətnamənin lehinə səs verib. Sənədin 36-cı maddəsində Şərq Tərəfdaşlığının bütün ölkələrinin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dəstəklənməsi göstərilir.
Qeyd etmək vacibdir ki, beynəlxalq hüququn əsas elementlərinə ümumi yanaşmaya əsaslanan belə bir hüquqi tərif Azərbaycanın maraqlarına tam cavab verir.
QƏTNAMƏNİN MƏZMUNU
Konkret.az saytının təhlilinə görə, diqqətçəkən digər mühüm məqam odur ki, qətnamənin əsas məzmunu Moskvanın bilavasitə iştirakı ilə baş verən münaqişələrə aid olan anti-Rusiya hissəsindən ayrılıb.
Qətnamə yeni redaksiyada qəbul edilib. Dekabr ayında sənədə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əlavə edilib:
“Avropa İttifaqı bütün Şərq tərəfdaşlığı ölkələrinin beynəlxalq norma və prinsiplər əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliklərinin dəstəklənməsi üzrə öhdəliklərini təsdiq edir”.
Bu, qətnamənin əhəmiyyətini qiymətləndirmək üçün sənədin həm siyasi, həm də hüquqi ağırlığının əsas göstəricilərindən biridir.
Yeri gəlmişkən, digər sənədlərdən fərqli olaraq, Avropa Parlamentinin “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ortaq siyasətləri haqqında” Qətnaməsi deklorativ deyil, əksinə doktrinal xarakter daşıyır, AB icra strukturlarından AB-nin xarici siyasətinin inkişafı və həyata keçirilməsində tənzimləyici müddəaları nəzərə almağı tələb edir.
Ümumiyyətlə, Avropa Parlamentinin bu yaxınlarda seçilmiş yeni tərkibi yeni yaradılan Avropa Komissiyasının beynəlxalq fəaliyyəti üçün siyasi çərçivəni müəyyənləşdirib. Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləmək öhdəliklərini təsdiqləyən müddəaların bu fəaliyyətin əsas prioritetlərinə və hüquqi normalarına daxil edilməsi, ən azı, Ermənistanın işğalçı siyasətini əsaslandırmaq üçün Aİ platformalarından istifadə edə bilməməsini təmin edəcək, eləcə də Azərbaycanın bu istiqamətdəki fəaliyyətinə maksimum dərəcədə əlavə şərtlər yaradacaq.
Göründüyü kimi Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı getdikcə güclənən müzakirələr fonunda Avropa Birliyinin yeni seçilmiş qurumlarının mövqeyində aşkar bir dinamika var. Bu müzakirədə son dərəcə ifadəli məqam Prezident İlham Əliyev tərəfindən qoyulub. Qətnamənin yekun mətninin hazırlanmasında, müzakirəsində və səsverməsində Avropa Parlamentinin deputatları bu məsələni diqqətdə saxlayıblar. Sənəd bir daha inandırıcı şəkildə göstərdi ki, Şərq Tərəfdaşlığı üçün ortaq məxrəc iştirakçı ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür.
XİN-in ŞƏRHİ
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb.
XİN-dən “Report”a verilən məlumata görə, Avropa Parlamentinin yanvarın 15-də Strasburqda keçirilən plenar sessiyası zamanı “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” (Annual report on the implementation of the Common Foreign and Security Policy) adlı qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.
Sözügedən qətnamənin 36-cı bəndində Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”nın bütün üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öz öhdəliyini növbəti dəfə təsdiqləyib.
Xüsusilə vurğulanmalıdır ki, qətnamədə ərazi bütövlüyü məsələsi beynəlxalq səviyyədə tanınmış sərhədlər ifadəsi ilə birgə təqdim edilir.
Sənəddə “Şərq Tərəfdaşlığı” ərazisindəki bütün münaqişələrlə bağlı vahid yanaşma nümayiş etdirilərək onların beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə, münaqişədən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə dəstəyin artırılmasına dair çağırış öz əksini tapıb.
Qətnamədə Aİ-nin 2016-cı il tarixli Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədinə və Şərq Tərəfdaşlıq ölkələrinin 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədinə istinad olunur.
Xatırladırıq ki, Aİ-nin Qlobal Strategiya sənədində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı Avropa təhlükəsizliyinin mühüm elementi kimi qiymətləndirilmişdir. 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədində də eynilə bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, birmənalı dəstək ifadə olunub.
Qeyd etmək lazımdır ki, Avropa Parlamenti tərəfindən illik əsasda qəbul edilən bu qətnamə Avropa Parlamentinin il ərzində Avropa Komissiyasının fəaliyyətinə təsir edə biləcək məcburi xarakterli sənədlərindən biridir.
QƏTNAMƏ DƏ BİR KAĞIZ PARÇASIDIR…
Əlbəttə, Avroparlamentin qətnaməsi diplomatik sahədə danışıqlarda Azərbaycan tərəfinə müəyyən üstünlüklər verir. Bu sözsüzdür. Amma həmin qətnamənin gerçək təsiri ola bilərmi?
BMT-nin 4 məlum qətnaməsini ermənilər və onların havadarları heç ciddi bir sənəd saymırlar da. Əgər BMT-nin 4 qətnaməsini ermənilər zibil kimi ayaq altına atırlarsa, hansısa Avroparlamentin qətnaməsinə ermənilər və onların havadarları əhəmiyyət verəcəklərmi? Əlbəttə ki, yox. Çünki Avroparlament özü ciddi bir qurum deyil və onun qətnamələri də elə özü kimi qeyri-ciddidir.
Elə bir misal çəkək ki, yanvarın 13-də Avroparlamentin iclasında zalda İspaniya prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilən Kataloniya milli hərəkatının lideri, Kataloniya Jeniralitetinin (yerli parlamentinin) keçmiş prezidenti Karles Puçdemon və ispan ədliyyəsi tərəfindən beynəlxalq axtarışa verilən, Puçdemonun keçmiş məsləhətçisi Toni Komin də iştirak edirdilər.
Hətta, Karles Puçdemon iclasda katalon separatçılığının ideoloqu, Kataloniya Jeniralitetinin keçmiş vitse-prezidenti Oriol Junkeras barədə məsələni qaldırdı. İspaniya Ali Məhkəməsi tərəfindən ölkənin ərazi bütövlüyünə qarşı çıxış etdiyinə, kütləvi etirazlara çağırdığına, milli-etnik münaqişəni qızışdırdığına və dövlət vəsaitini separatçı fəaliyyətə xərclədiyinə görə 13 il müddətinə azadlıqdan məhrum edilmiş Oriol Junkeras barədə ağızdolusu danışan Karles Puçdemon hətta Avroparlamentariləri ittham etdi ki, onların günahı ucbatından separatçı həmkarı indi ispan “qoduğluğundadır”.
Doğrudur, biz – millətçilər olaraq istər ispan dövlətçiliyinə və ya istər katalon separatizminə münasibətdə neytralıq. İspaniya qalır qalsın, dağılırsa dağılsın, vecimizə deyil. Nəzərə alsaq ki, ispan kral aviaşirkətinin maliyyəsi hesabına ispan elm ocaqlarının bəzi alimləri işğal altında olan Azərbaycan torpaqlarında ermənilərlə birgə qanunsuz tədqiqatlar aparıblar, biz hətta, katalon separatçılığına “Allahımızın qisası” kimi baxırıq. Azərbaycan millətçilərindən kiminsə imkanı olsa idi, deputatlarımızdan, QHT-çilərimizdən birisini katalon, şotland, irland, bask, korsikalı və s. avropalı separatçılara dəstək verməsini təşkil edərdik. Çünki əlimizdə avropalı ermənipərəstlərə qarşı öz “separatçı kartımız” olmalıdır.
Sözün qısası, Avroparlamentdə yığışan deputatların hərəsinin kəlləsində bir hava fırlanır. Buna görə, bu quruma və onun sənədinə bel bağlamaq olmaz.
SON SÖZ ORDUMUZUNDUR!
Torpaqlarımızın azadlığı yalnız düşmənin fiziki məhv edilməsindən keçir! Bu birmənalıdır! ABŞ-İran və ABŞ-Rusiya qarşıdurmasından istifadə edib, müəyyən faktı əsas gətirərək biz düşmənin “arsaxın kənd və şəhərləri” adlandırdığı siçovul yuvalarını ardıcıl surətdə, müəyyən zaman intervalları ilə, bir-bir yer üzündən silməliyik. İşğal edilmiş torpaqlarımız işğalçılar üçün cəhənnəm anlayışının sinoniminə çevrilməlidir. Yoxsa, daha indiki kimi, erməni işğalçıları o qədər arxayınlaşıblar ki, Suriyadan işğal altındakı torpaqlarımıza erməni sürüsünü köçürürlər?! Torpaqlarını geri qaytara bilməyən, qisasını almaqda aciz olan, işğal edilmiş torpaqlarına yeni işğalçı sürüsünün köçürülməsinin qarşısını dağıdıcı silahlarla durdura bilməyən bir dövlətə dünya ciddi yanaşacaqmı?
Qarxunlu
“Millətçilik” qəzeti