“Hazırda Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində heç bir aktivlik müşahidə olunmur”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Sadiq Əmiraslanov deyib.
Onun sözlərinə görə, hazırda həmin ərazidə iş gedir.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, ümumilikdə, ölkədə sürüşmə zonalarında rezonans doğuran aktivlik müşahidə olunmayıb.