Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı müşahidə missiyasının üzvləri Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüş keçirib.
“Report” xəbər verir ki, nümayəndə heyətinin üzvləri daha sonra Milli Məclisin rəhbərliyi və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək.