Qazaxıstan Xarici İşlər Nazirliyi koronavirusla əlaqədar Uxandan öz vətəndaşlarının təxliyəsi ilə bağlı Çinə rəsmi nota göndərib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Xarici İşlər nazirinin müavini Şaxrat Nurişev Uxandan vətəndaşların təxliyəsi məsələsi üzərində işlədiklərini bildirib.
Onun sözlərinə görə, hazırda Çində 1300 Qazaxıstan vətəndaşı var ki, onlardan 635-i turist, 204 –ü səfirliyin, baş konsulluqların, şirkətlərin əməkdaşları və onların ailə üzvləridir.