Rusiya koronavirusa görə Çinlə sərhədi bağlayıb.
Millətçilik.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin bununla bağlı sərəncam imzalayıb.
“Bu gün sərəncam imzalanıb. Uzaq Şərq vilayətində sərhədlərin bağlanması ilə əlaqədar hökumətin görəcəyi tədbirlər və digər addımlar barədə məlumat verəcəyik”, – M.Mişustin qeyd edib.