“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək.
Sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə, həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir.