Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 64 min 48 yerli müşahidəçi qeydiyyatdan keçib.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O əlavə edib ki, parlament seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı 842-yə çatıb.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.