Səmimi gələcək burdan başlayır!
Zeynalzadə Nərminə Xəzər-Pirallahi idarəsindən deputatlığa namizəd kimi, təbliğat-təşviqat kampaniya çərçivəsində Mərdəkan, Qala, Buzovna, Gürgan, Pirallahi sakinləri ilə görüşüb. Təbliğat-təşviqat kampaniya çərçivəsində vətəndaşlar ilə ünsiyyət qurmaq üçün, özünü tanıtdırmaq üçün qapı-qapı gəzib öz haqqda məlumat verir, vətəndaşların problemləri ilə maraqlanır. Bunun ilə yanaşı ictimai nəqliyyata daxil olub, vətəndaşlar ilə ordada ünsiyyət qurdu, öz haqqda məlumatı verdi və vətəndaşları dinlədi.
Zeynalzadə N. xanımın namizədliyi aktiv olaraq müzakirə olunur, vətəndaşlar təəcüblənib deyirlər ki, deputatlığa hələ belə bir namizəd görməyiblər.
“Mən xalqımızın adamıyam. Vaxt məhdüddiyyəti olmasına baxmayaraq çalışıram vətəndaşlar ilə bir-bir ünsiyyət qurum. Düzdür mənim üçün daha asant olardı adamları hansısa bir yerdə toplamaq, amma mən asant yolları seçmirəm, və vətəndaşlara əziyyət vermək istəmirəm. Gəncəm, cavanam, sizi dinləmək üçün özüm gəlib qapıvızı döyüb, əhval-ruhunuzu öyrənə bilərəm. Mənim səmimmiyyətimi görsədib, Xalqın Səmimi Gələcəyinə inamı artırmaq çalışıram. Mənim üçün əsası xalqı dinləməkdir, eşitməkdir, çünki əsas məqsədim xalqımızın marağlarını layiqli təmsil etməkdir. Bu yol asant deyil, amma gülərüz insanlara, mənə dəstək olanlara görə bu yola çıxmağıma görə peşman deyiləm. Öz inamım da daha da möhkəmləşdi. Deputat xalqın içində olmalıdır, və mən sizin yanıvızdayam! Bu gün mən sizin qapınızı döyüb gəlmişəm, sabah sizdə mənim gəlib qapımı döyüb biləsiz.
Sizin dəstəyiniz ilə deputatınız seçilib hamınızı akt zallara, restoranlara, meydanlara görüş üçün dəvət edərəm.”