Almaniya kansleri Angela Merkelin növbəti hakimiyyət müddəti yığılıb qalan problemlər, o cümlədən G7 anlaşmazlıqları və miqrasiya məsələlərinə görə əvvəlkindən çətin olacaq.
Türk.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov deyib.
“Merkelin problemləri toplanıb qalıb: Avropa İttifaqında liderlik uğrunda böhran, ABŞ-la tariflər müharibəsi, G7-də fikir ayrılıqları, Rusiya ətrafında mübahisələr, miqrantlar və s. Əvvəlki dövr onun üçün çətin başa çatdı. Bu dövr isə daha çətin ola bilər”, – Puşkov bildirib.