Türkiyənin İstanbul şəhərində təşkil olunan G1 kateqoriyalı “Turkish Open” turnirində Azərbaycan taekvondoçuları 6 qızıl medal qazanıblar.
Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ilin ilk yarışı olan açıq çempionatda Cavad Ağayev (68 kq), Milad Beigi Harçeqani (80 kq) və qadın taekvondoçu Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məhəmməd Məmmədov (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) isə bürünc medalla kifayətlənib.