İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
İstanbul şəhərinin qubernatoru Ali Erlikaya bildirib ki, “Boeing 738” layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 120 nəfərə çatıb.
O, qeyd edib ki, hadisə zamanı təyyarədə 177 nəfər – 171 sərnişin və 6 heyət üzvü olub. Hadisə zamanı ölən olmayıb.