Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə (ANAMA) Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 1 ədəd döyüş başlıqlı top mərmisinin və 1-ci Şıxlı kəndi ərazisində sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan “Report”a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib, əraziyə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən Quşçu Ayrım kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1-ci Şıxlı kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində isə 811 ədəd 5.45 mm-lik patronlar aşkar olunan, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin və patronların ətrafında 1 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.