“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın bəzi marşrutların hərəkətinə mane olub.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206, 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinliklər yaranıb:
“Məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılmış və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılmışdır”.