Bakıda I Xəzər Elm Forumu keçiriləcək

Azərbaycan nümayəndə heyəti Həştərxan Dövlət Universitetində keçirilən “XXI əsrin Xəzəri: davamlı inkişafın yolları” Beynəlxalq Elm Forumunda iştirak edir.

Türk.az Rusiya KİV-inə istinadən xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrdən 100-əyaxın nümayəndə, o cümlədən diplomatlar, Xəzəryanı ölkələrin elmi ictimaiyyətinin, Rusiyanın federal nazirlik və idarələrinin, UNESKO-nun Hökumətlərarası Okeanoqrafiya Komissiyasının nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək forumda iştirakçılar elmi əlaqələrin və elmi-tədqiqat layihələrində dövlət-fond tərəfdaşlığının genişləndirilməsini, Xəzər regionuna elmi sərmayələrin axınının artırılmasını, elmi ictimaiyyətin və hökumətin diqqətini Xəzər regionundakı problemlərə cəlb olunmasının yollarını müzakirə edəcəklər.

Qeyd olunur ki, forumun nəticələri 2020-ci ilin payızında Bakıda keçiriləcək I Xəzər Elm Forumunun proqramının formalaşması üçün əsas olacaq.

ƏvvəlkiKoreya Respublikası 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir
NövbətiMəktəblilərin V İngilis dili olimpiadası keçiriləcək