Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a-verdiyi məlumata görə Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti
mərhələsi davam edir.

Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km
dəmir yolu əsaslı təmir olunur.
Bu gündən etibarən Zəyəm və Böyük Kəsik stansiyalarında 2 km
uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmir işləri 3 gün
davam edəcək.
Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu
Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının
Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə,
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya
Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan
Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km
hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac
Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının
sonlarında başlanılıb və bu günə kimi 526 km dəmir yolu əsaslı təmir
olunub.

 

ƏvvəlkiHəştərxanda Azərbaycan Ticarət Evi açılacaq
Növbəti“MƏCBURİ KÖÇKÜN UŞAQLARDA KARDİOREVMOTOLOJİ YÖNÜMLÜ XƏSTƏLİKLƏRİN AŞKARA ÇIXARILMASI VƏ PROFİLAKTİKASI” LAYİHƏSİ TAMAMLANDI