Azərbaycan Milli Demokrat Partiyasının İnformasiya Bölümünün MƏLUMATI

28 fevral tarixində Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşü keçirilib.

Görüşün təşəbbüsçüsü olan Ədalət Vəliyevlə görüş zamanı siyasi partiyalarla dialoqun müsbət aspektləri üzrə mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan cəmiyyətində demokratik mühitin formalaşması və milli birliyə yönəlik bu çeşiddən olan dialoqun davam etdirilməsi istiqamətində fikir həmrəyliyi nümayiş etdiriblər. Qarşılıqlı anlaşma mühitində davam edən dialoqda yaxın günlər ərzində müzakirə edilmiş mövzular üzrə Azərbaycan Milli Demokrat Partiyası tərəfindən təkliflərin təqdim edilməsi qərara alınıb.

02 mart 2020-ci il mdp_inform@yahoo.com.tr

ƏvvəlkiKürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı
NövbətiTürkiyənin İranla sərhəd bölgəsinə raket hücumu oldu