Uşaq evindən nənəsinin yanına qayıtmaq istəyən yeniyetmə ilə Putinin dialoqu gündəm olub.
Türk.az xarici KİV-ə istinadla xəbər verir ki, Putin Moskvada park açılışında iştirak edərkən uşaq evində yaşayan Mişa adlı yeniyetmə qaçaraq ona yaxınlaşır və şəxsi həyatı barədə bir xahiş edir:
“Mən hazırda uşaq evində yaşayıram ancaq, nənəmin yanına qayıtmaq istəyirəm. Bununla bağlı nə etməliyəm?”.
Putin həmin uşağın başını sığallayaraq yanındakı köməkçilərinə uşağın istəyinin həll edilməsi üçün göstəriş verir.
Qeyd edək ki, gəncin valideynləri Mişanı uşaq vaxtı atıb gediblər. Nənəsi isə dəfələrlə uşaq evinə yerləşdirilən yeniyetmənin onun yanında yaşaması üçün məktub göndərsə də heç bir cavab ala bilməyib.