Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçu, həmçinin mülki işçilərin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.
Müdafiə nazirinin bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırıldıqdan sonra qadınlara bayram hədiyyələri və çiçək dəstələri təqdim olunub.
Eyni zamanda bayram günündə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid analarına və xanımlarına da bayram hədiyyələri təqdim olunub.