Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkə prezidenti Vladimir Putinlə prezidentlik müddətinin sıfırlandırılması ilə parlamentdə irəli sürülən təklifi müzakirə edib.
Türk.az “Telegram”a istinadən xəbər verir ki, bunu Duma sədrinin müşaviri Anastasiya Kaşevarova bildirib.
Onun sözlərinə görə, V.Putinlə təklifi müzakirə etdikdən sonra V.Volodin Dumadakı fraksiya liderləri ilə məsələyə dair müşavirə keçirəcək.
Qeyd edək ki, “Yedinaya Rossiya” fraksiyasından olan deputat Valentina Tereşkova Konstitusiyaya prezidentlik müddətinin sıfırlanması (müddət məhdudiyyətinin götürülməsi) ilə bağlı dəyişikliyi təklif edib.
Xatırladaq ki, V.Putinin Dövlət Dumasına gələcəyi gözlənilir.