Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttində atışma nəticəsində bir erməni hərbçisi ölüb.
Türk.az erməni mediasına istinadən xəbər verir ki, yayılan məlumata görə, “Bu gün 1994-cü il təvəllüdlü müqavilə ilə xidmət edən əsgər Zohrab Sianosyan sinəsindən ağır yaralanaraq öldürülüb”.
Qeyd olunur ki, bir gün əvvəl Ermənistan Baş Qərargah rəisi bu zonaya səfər edib.
İstinad: konkret.az