AzTV-nin “Hədəf” verilişinin budəfəki qonağı Təhsil naziri Ceyhun Bayramov olub. Nazir gündəmin aktual məsələsindən, koronavirus infeksiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında dərslərin dayandırılmasından danışıb. Ceyhun Bayramov həmçinin itirilmiş dərs saatlarının kompensasiyası məsələsinə toxunub, bunun necə yoluna qoyulacağını açıqlayıb.