Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə bir neçə müddət əvvəl baş verib. Yolu keçmək istəyən yaşlı qadını avtomobil vurur. Görüntülərdən aydın olur ki, sürücü əyləci basmaq əvəzinə qaza toxunur və nəticədə hadisə baş verir. Ətrafdakıların köməyi ilə piyada xəstəxanaya aparılır.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, piyadaların avtomobillərlə vurulması faktları hal-hazırda çox ciddi narahatçılıq doğurur. “Buna görə əlava tədbirlər planının görülməsinə ehtiyac var. Piyadalara öz hüquq və vəzifələrini bilmək və onlara əməl etmək tövsiyyə olunur. Unutmaq olmaz ki, piyadaların küçə və yollarda nizam-intizamlı olması elə öz təhlükəsizliklərini təmin etmək kimi başa düşülməlidir”.