Ləki-Qəbələ dəmir yolunun tikintisi ilə bağlı alman mütəxəssislər Azərbaycana dəvət edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-də Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı görülən işlərin gedişatı  müzakirə olunub.

İclasda layihənin icrasına cəlb edilən şirkətlərin nümayəndələri  və mütəxəssislər iştirak ediblər. 

Cəmiyyətin sədr müavini Zaman Novruzov bildirib ki, dövlət əsaslı vəsait
hesabına həyata keçirilən layihənin icrasına 2018-ci ildən başlanılıb. O, tikinti-
quraşdırma işlərinin icra vəziyyəti ilə bağlı qonaqlara məlumat verib. Bildirib ki,
dəmir yolunun torpaq yatağı və üst quruluşu, eləcə də körpülərin tikintisi ilə
bağlı  mühüm işlər yerinə yetirilib. Tikinti işlərinin daha keyfiyyətli aparılmasına
nəzarəti gücləndirmək məqsədi ilə QSC Almaniyadan mütəxəssislər dəvət
edib. Alman mütəxəssislər müstəqil audit qismində layihənin torpaq yatağının
tikintisi ilə tanış olacaqlar.
İclasda Ləki – Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı
təqdimat  keçirilib. Təqdimatla tanışlıqdan sonra alman mütəxəssislərin
sualları cavablandırılıb.

 

ƏvvəlkiŞirvanda oğul atasını qətlə yetirdi
NövbətiBakıda keçiriləcək karate üzrə Avropa çempionatına hazırlıqlar davam edir