Novruz bayramına qədər Bakı Dairəvi dəmir yolu tam istifadəyə verilə bilər.
Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov bildirib.
Onun sözlərinə görə, hazırda bu marşrut üzrə hərəkətdə olan qatarın son dayanacağı Pirşağı stansiyasıdır:
Z.Novruzov qeyd edib ki, bu dayanacaqlar istifadəyə verildikdən sonra Bakı Dairəvi dəmir yolu tam olaraq fəaliyyət göstərəcək.
Xatırladaq ki, Bakı Dairəvi dəmir yolu xəttinin ümümi uzunluğu 91 km-i əhatə edir.