Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən daha 120 vətəndaşımıza lazımi kömək göstərib.
AZƏRTAC xəbər verir ki, martın 16-da Avropa ölkələrindən gələn daha 120 nəfər Azərbaycan vətəndaşı səfirliyin təşkilatçılığı ilə Türkiyə ilə Gürcüstan arasındakı “Sarp” sərhəd-keçid məntəqəsindən xüsusi avtobuslarla, yerli polisin müşayiəti ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gətirilib.
Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yaranarsa, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.
Qeyd edək ki, martın 15-də daha 60 vətəndaşımız səfirliyin dəstəyi ilə Azərbaycana qayıdıb.
Məlumat üçün bildirək ki, səfirlikdə “qaynar xətt” yaradılıb. Telefon nömrəsi: +995- 577-06-50-50