“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Martın 17-si saat 00:01-dən etibarən, bütün
beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus
(COVİD-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının
qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən, bütün
beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
Bununla əlaqədar, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-
Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa
vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.
Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı
isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov-
sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə,
Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya
qaytarılacaq.