“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək. Martın 18-i və 19-u bölgələrdən çıxan qatarlar isə geriyə sərnişinsiz qayıdacaq.
Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata
əsasən, martın 19-da saat 00.00-dan etibarən Sumqayıt və Abşeron istisna
olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı,
Sumqayıt şəhərləri və Abşeron rayonuna sərinişin daşınması dayandırılır.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, martın 18-də Bakıdan yola düşən
ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək. Martın 18-i
və 19-u bölgələrdən çıxan qatarlar isə geriyə sərnişinsiz qayıdacaq.
Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı
elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti
dayandırılır. Martın 18-dən 29-dək olan tarixlərdə qatarlara alınan biletlər
üçün ödənilən məbləğ tam şəkildə vətəndaşlara geri qaytarılır. Bilet satışı
qaydalarına uyğun olaraq, sərnişinlər qatarın yola düşəcəyi vaxtdan əvvəl
bileti qaytarıb, ödədikləri məbləği geri ala bilərlər.