İki gündür Bakıda böyük tıxaca səbəb olan Bakı-Sumqayıt yolunda aparılan təmir işləri sürətlə davam etdirilir.
Türk.az. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi apardığı təmir işlərini sosial şəbəkədə canlı yayımlayıb. Qurumun mətbuat katibi Anar Nəcəfli təmirlə bağlı vətəndaşların ünvanladığı sualları da canlı olaraq cavablandırıb.
A.Nəcəfli bildirib ki, 2-3 günə körpü və tunel açılacaq:
“Bundan sonra “Şamaxı yolu” adlanan ərazidə sıxlıq azalacaq. Dayanmadan 2 növbəli şəkildə çalışırıq ki, təmir tez bitsin”.
Qeyd edək ki, 26 iyun gecədən başlayaraq, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsinin asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılıb.
Təmir davam etdikcə hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq. Ümumi yolda işlər 2 həftəyə qədər davam edəcək, yəni Avtovağzaldan Xırdalan dairəsinə kimi. Daha sonra isə əks istiqamətdə təmir işləri başlanılacaq.
Ümumilikdə təmirin 20 günə tamamlanması nəzərdə tutulur.