Pakistanda koronavirusa 799 yoluxma faktı qeydə alınıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu virusa ən çox Sind əyalətində yoluxublar – 352 nəfər.
Pəncabda 225, Bəlucistanda 108, Qilqit-Baltistanda 71, İslamabadda 11 nəfər koronavirusa yoluxub. Ölkə üzrə 5 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.
Pakistanın Baş Naziri İmran Xan ölkə vətəndaşlarını zərurət olmadıqda küçəyə çıxmamağa və bununla da koronavirusla mübarizədə hökumətə yardım etməyə çağırıb.
Ölkədə kütləvi tədbirlərin keçirilməsi də dayandırılıb.