“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürdü.
Türk.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi koronavirus (Covid-19) infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürüb.
Əməkdaşlar daşıma gəlirlərindən formalaşan aylıq mükafatları hesabına Fonda könüllü şəkildə yardım edib.