Rusiyanın Stavropol diyarının baş infeksionistinə qarşı cinayət işi açılıb.
AZƏRTAC xəbər verir ki, Stavropolun baş infeksionisti İrina Sannikovaya qarşı cinayət işi açılıb. İstintaq materiallarına əsasən, İrina Sannikova martın əvvəllərində rəhbərlikdən xəbərsiz İspaniyaya səfər edib, qayıdandan sonra isə 14 günlük izolyasiya şərtlərinə riayət etməyib.
O, adi həyat tərzi keçirməkdə davam edərək, Universitetdə leksiyalar oxuyub, konfranslarda iştirak edib, bir müddətdən sonra isə səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib və qadında koronovirus aşkar olunub. İrina Sannikova ilə əlaqədə olan azı 11 nəfərin də “COVID-19” yoluxması şübhəsi var.