Mayın 14-16-da Bakıda keçirilməsi nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya çempionatı təxirə salınıb.
AZƏRTAC Beynəlxalq Gimnastika Federasiyasının (FIG) saytına istinadla xəbər verir ki, səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçilik yaratması göstərilib.
Həmçinin mayın 8-10-na planlaşdırılan aerobika üzrə dünya yaş qrupları yarışı da keçirilməyəcək.
Hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant müəyyənləşdirir.