Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 81-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Məlumata görə, karantində 4 427, stasionar nəzarətdə isə 257 nəfər saxlanılır.
Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların 13-ü sağalıb. Hazırda aktiv virus xəstələrinin sayı 68 nəfər təşkil edir.
COVID-19-a yoluxma halları 199 ölkədə və bölgədə aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.