“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Türk.az xəbər verir ki, qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, sanitariya-epidemioloji salamatlığın qorunması üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlər Milli Məclisin və onun orqanlarının iclaslarında iştirak edən Milli Məclisin deputatlarına şamil edilməyəcək.
Bundan əlavə, qanun 7-ci maddəsinin adı “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti” dəyişdirilərək “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi” ilə əvəzlənib.
Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra I oxunuşda qəbul edilib.