Ermənilərə xüsusi mesaj: Azərbaycan Rusiyanın Qafqazdakı yeganə siyasi müttəfiqidir

İyulun 1-də Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, Beynəlxalq Avrasiya Hərəkatı, İzbor klubu, Dövlət Dumasının deputatları “Azərbaycan Rusiyanın Qafqazdakı yeganə siyasi müttəfiqidir” devizi altında keçirilən konfransda iştirak üçün Azərbaycana, konkret olaraq erməni işğalından azad edilmiş Cocuq Mərcanlıya səfər ediblər. Dünyadakı ABŞ-Rusiya qarşıdurması fonunda Cocuq Mərcanlıdakı bu konfrans olduqca simvolikdir…

Ermənilərə xüsusi mesaj vermək istəyən Rusiyanın bir qrup siyasi-ictimai qrup nümayəndələrinin Cocuq Mərcanlıya səfəri həm də digər bir tarixə görə də simvolikdir.  İyulun 1-də “ermənistanın” Avropa Birliyi ilə imzaladığı razılaşmanın qüvvəyə minməsi tarixidir. Yəni, müqaviləni imzalamış tərəflər iyulun 1-dən etibarən müqavilədəki üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə başlayacaqlar. Bu müqavilədə Qərbin üzərinə düşən vəzifə “ermənistanın” təhlükəsizliyinin təminidir. Yəni, AB “ermənistana” və erməni işğallarına qarant verməyi boyununa götürür. Ümumilikdə, bu müqavilənin gerçəkləşməsi  bəlağətlə, məcazi mənada  və qısaca “Good bye, Russia!”, yəni, “Rusiya əlvida!” anlamına gəlir.

QƏRB ERMƏNİLƏRİ APARDI…

ABŞ-Rusiya qarşıdurması artan silsilə ilə kəskinləşir. Rusiyaya və onun müttəfiqi İrana qarşı sanksiyalar ilkin ağrılı nəticələrini verməkdədir. ABŞ-ın Çinə qarşı “intellektual mülkiyyətin qorunması” bəhanəsi ilə ticarət müharibəsinin də kökündə məhz İran və Rusiya ilə bağlı məsələ durur. Bir il sonra durumun necə dəyişəcəyinə proqnoz vermək belə, çətindir. Amma bizi qlobal proseslərdən daha çox, məhz işğal edilmiş Azərbaycan torpaqlarının taleyi maraqlandırır. Çünki gedən proseslərin sonda işğal altındakı torpaqlarımızın taleyinə necə təsir edəcəyi əsas məsələlərdən biridir.

Gürcüstanın misalında görə bilərik ki, özünü dolandıra bilməyən xırda dövlətlər hər hansı bir regional və ya qlobal nüfuz sahibi olan dövlətə, ya da həmin super-dövlətin blokuna qoşulmalıdır. Aydın məsələdir ki, Gürcüstan Qərbi, daha doğrusu ABŞ-ı seçdi. Bu cür seçim Abxaziya və Cənubi Osetiya ərazilərinin itirilməsi hesabına baş verdi.

Ərazi itkilərinə məruz qalmış Rusiyanın təsir dairəsindən çıxan Gürcüstanla müqayisədə Azərbaycanın durumu fərqlidir. Əgər Ukraynanın, Gürcüstanın və Moldovanın ərazisində separatçı qurumları ABŞ və Qərb bloku tanımırsa, Azərbaycan ərazisində işğalçı ermənilərin qondarma  “artsax” layihəsinə başda ABŞ olmaqla Qərb blokunun münasibəti loyaldır. Ən yaxşı halda, “artsax” layihəsini Vaşinqton, London və Paris Azərbaycanın tərkibində nominal (adı olub, özü olmayan) olaraq görürlər. Bununu əsas 7 səbəbi var: 1) Panxristianizm; 2) Ari irqçiliyi; 3) İslamofobiya; 4) Türkə nifrət; 5) “ermənistan” Türk və İslam dünyasına qarşı xristian forpostu kimi qəbul edilir; 6) erməni lobbisinin gücü; 7) vaxtilə, Avropa Osmanlı imperiyasına qarşı mübarizədə ermənilərdən müsəlmanlara qarşı terrorçu və soyqırımçı kimi istifadə müqabilində vəd etdiyi “böyük hayastanı” yaratmadığı üçün “mənəvi məsuliyyətini” dərk edir.

ABŞ, NATO və bütünlükdə Qərb bloku Gürcüstana, Ukraynaya və Moldovaya göstərdiyi dəstəyi bizə münasibətdə müşahidə etmirik. Azərbaycan torpaqlarının işğalına görə “ermənistan” adlı əraziyə heç bir  canksiya tətbiq edilmədi. Əlbəttə, axı, biz müsəlmanıq və türk millətiyik, bizə qarşı ermənilər istəniklən cinayəti törədə bilərlər — bu, Qərbin kredosudur!

Vaxtilə, belə bir fikir var idi ki, Qərbdə və ABŞ-da Azərbaycan üçün “lobbiçiliyi” Ankara edəcəkdir və ya Ankaraya Türk dünyasında  Qərbyönlü blok yaratmaq üçün “mandat” verilib. Amma indi Ankaranın ABŞ və Qərb ilə münasibətləri heç də əvvəlki kimi deyil. Qərbin Türk dünyasında hansısa bir “siyasi briqadir” kimi cızdığı rolu ilə razı olmayan Ankara artıq regionda və dünyada özünün güc mərkəzi kimi qəbul edilməsinə çalışır.

“Ermənistan” adlı qondarma quruma isə, Qərbin münasibəti tam fərqlidir. Görünən budur ki, Kremlin hələ Qorbaçov və Yeltsin dövründə “ermənistan” və Qarabağ ərazisinin azərbaycanlı əhalidən təmizlənməsinə, Azərbaycan Respublikasının ərazilərinin işğalına Qərb dünyası ən azından susqun yanaşdı, ən çoxu isə, bu qırğını dəstəklədi. Beləliklə, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər Qərbi, ən azından maraqlandırmır, ən çoxu isə, Qərb bu faciələrimizə məmnunluqla yanaşır. Yenə də yuxarıda göstərilmiş 7 səbəbdən irəli gələrək.

Qərb, xüsusilə də ABŞ (anqlo-saksonluq) “ermənistan” ərazisində erməni-katolik, erməni-mormon kilsələri, ABŞ Dövlət Departamenti, yəni, bizim dillə desək, “ABŞ prezident aparatı” tərəfindən maliyyələşdirilən onlarla QHT, o cümlədən Soros fondu, USAİD ilə təmsil olunur. Əlavə olaraq ABŞ dövlət və özəl elmi-tədqiqat institutlarının nümayəndəlikləri fəaliyyət göstəririlər. Fransa səfirliyi və Parislə bağlı təşkilatları qeyd etmək olar.  Məhz bunun nəticəsidir ki, ildən ilə ABŞ və Avropada təhsil alan, ingilis dilini bilərək erməni təbliğatını yüksək səviyyədə aparan qərbyönlü erməni gənclərinin sayı artmaqdadır.

Amma indi durum dəyişir. Artıq Qərb bütünlüklə “ermənistan” ərazisində möhkəmləyə qərarlıdır. Çünki ABŞ siyasi analitikləri anlayırlar ki, ermənilər kimi qüvvə üzərində nəzarəti tam ələ almayınca Cənubi Qafqazda Rusiyanı nüfuzunu çıxarmaq mümkün olmayacaq. Onlar Cənubi Qafqazda strateji qüvvə kimi erməniləri görürlər. Rusiyanın bütünlüklə Cənubi Qafqazdan çıxarılması oyununun final mərhələsi başlamışdır.  Ermənilər bu oyunu artıq 2015-ci ildən dərk etdilər. Dəyişən şəraitdə, işğal edilmiş Azərbaycan torpaqlarını əldə saxlamaq üçün ermənilər yeni planı ortaya qoydular…

QƏRBDƏKİ VƏ MOSKVADAKI ERMƏNİ LOBBİSİNİN SARKİSYAN-PAŞİNYAN OYUNU

2015-ci ildə “ermənistan” adlı ərazidə ermənilər konstitusiya islahatına başladılar. İslahatın əsas məqsədi nominal səlahiyyətlərə malik olan prezidentlik institutunun yaradılması idi. Real səlahiyyətlərə isə, baş nazir malik olmalı idi. Qarabağda hərbi cinayətlər törətmiş Serjik Sərgisyan və Moskvadakı erməni lobbisi Kremli inandırdı ki, baş nazir Serjik Sərgisyan olacaq, prezident isə, heç bir nüfuzu olmayan, qərbyönlü kimi tanınan Armen Sarkisyan olacaq. Kreml bu oyuna razılıq verdi. Armen Sarkisyan “ermənistanın prezidenti” oldu. Lakin Serj Sərgisyan baş nazir seçiləndə ortaya Paşinyan faktoru çıxdı…

Rus politoloqları Paşinyanda Rusiya üçün təhlükəni görürlər. Amma Rusiya üçün əsas təhlükə elə prezident Armen Sarkisyanın özüdür. Bu adam vaxtilə də, “nüfuzunun və səlahiyyətlərinin azlığı” bəhanəsilə “ermənistan” adlı qondarma qurumun “baş naziri” olmuşdu. Amma bu adamın Qərbin siyasi dairələrində və anqlo-sakson ölkələrindəki (ABŞ, İngiltərə) necə böyük əlaqələrə və nüfuza malik olması barədə heç kəs ciddi araşdırma aparmayıb.

SSRİ-nin son mərhələsinin ərəfəsində fitri istedada, yaddaşa və dərin elmi biliklərə malik bu adam… Sovet Moskvasından Kembricdə dərs deməyə icazə almış az saylı “sovet alimlərindən” biri olmuşdu ?!!! Unutmayaq ki, XX əsrin 20-cı illərindən etibarən Kembric sovet-rus və anqlo-sakson kəşfiyyatlarının ortaq fəaliyyət zonası olması barəsində də çox kitablar yazılıb…

Daha sonra elm, biznes, diplomatik və nəhayət, çox da gözə girməyən siyasi fəaliyyət dövrü gəlir. İstər Rusiyadakı və ABŞ-dakı erməni milyarderlər çevrəsi, istərsə də BP və d. dünya korporasiyaları üçün bu adam bir “məsləhətçi” kimi çıxış etməkdə idi. Rusiyaya ABŞ-dakı erməni kapitalının cəlb edilməsində də A.Sarkisyanın adı hallanır. London kral ailəsi ilə də bu adamı bağlayan əlaqələr var. Onun özü və iki oğlu İngiltərə vətəndaşlarıdır və Britaniya siyasi və iqtisadi çevrələri ilə ciddi əlaqələrə malikdirlər. Həmçinin, A.Sarkisyan Roma papasının xüsusi himayəsində olan “ermənistandakı” erməni-katolik icmasının başçısı kimi də tanınır.

Heç şübhəsiz ki, məhz Serjik Sərgisyanın və “artsax klanının” guya “devrilməsində”, “Paşinyan komediyası”nın təşkilində, Moskvanın bu komediyaya müdaxiləsinin qarşısının alınmasında Armen Sarkisyanın rolunu,ən azından, istisna etmək belə, mümkün deyil. Nəticə olaraq Armen Sarkisyan, Paşinyan və Mosvadakı erməni lobbisi Kremli “çaya susuz aparıb, susuz gətirdi”!

Beləliklə, artıq Rusiya “ermənistan” adlı ərazidə öz tutarlı vasitlərindən birini, yəni, korrupsioner siyasi və idarə qurumlarını itirir. “Ermənistan” adlı qondarma qurum ərazisində dövlət orqanları Qərbyönlü və Qərblə bağlı kadrlarla doldurulur. Doğrudur, hələ Moskvanın əlində “ermənistan” ərazisində yaşayan erməni kolonistlərinə təsir üçün “Qarabağ kartı”, iqtisadi və maliyyə sisteminə nüfuzetmə vasitələri qalır. Amma günü-gündən “ermənistan” adlı ərazidəki ermənilər Rusiyadan uzaqlaşmaqdadırlar.

Hiyləgər, xain, eitbarsız bir millət olaraq ermənilərin Rusiyaya xəyanət etməsi gözlənilən idi. Bu kilsə və bu millət tarix boyu o qədər imperiyalara xəyanət edib ki, …

RUSİYA SEÇİMİNİ ETMƏLİDİR!

Rusiyanın XIX əsrdən XX əsrin 20-ci illərinədək tarixinə baxsaq, bu dövlətin məntiqə sığmayan siyasətini izləyər bilərik. Osmanlı xilafəti ilə müharibədə Rusiya indiki Moldova və Bolqarıstan üçün necə deyərlər, əsgərlərindən, qanından-canından keçmişdi. Nəticə? Elə 1-ci və 2-ci dünya müharibələri dövründə Bolqarıstan istər çar, istərsə də bolşevik Rusiyasına qarşı döyüşən tərəfdə idi! Ukrayna dövlətinin yaradılmasında Rusiyanın can-fəşanlığının, soyqırıma məruz qalmış Krım türklərinin vətənlərinin Ukraynaya birləşdirilməsinin sonu nə oldu? Moldovanın Qərbə inteqrasiya istiqaməti barədə uzun-uzadı danışmağa belə, ehtiyac yoxdur.

Gürcüstanın Acariya bölgəsində olanlar bu bölgənin yaşıllığına, bol çaylarına valeh olur. Amma bu ərazi düz 700 il islam dininin, türk dövlətçiliyinin ərazisi olub. Bəs, necə oldu ki, ərazi gürcülərə qaldı? Rusiya bu əraziləri Osmanlılar üzərində qələbə çalıb aldı və gürcülərə verdi! Sonu nə oldu? Gürcüstan da Rusiyaya “Good bye, Russia!” deyib yola saldı.

Görəsən, bu qədər yanılmalara, istifadə, gülüş obyektinə çevrilməsi Kremlə dərs olubmu? Gözü görə-görə ona xəyanətə hazırlaşan ermənilərin əlində Qarabağın qalmasına hələ də dəstəkverəcəkdirmi?…

AZƏRBAYCANIN ÖZ YOLU

Azərbaycan bu cür dinamik dəyişən siyasi düzəndə öz yolunu getməkdədir.Əlbəttə, ermənilərə xəbərdarlıq etmək istəyən Rusiyanın siyasətçiləri, politoloqları, siyasi-ictimai xadimləri ilə münasibətlərin qurulması alqışlanmalıdır. Azərbaycanda Rusiya kimi qonşu ilə çoxəsrlik münasibətlərinin üstündən xətt çəkmək qədər ağılsız avantüralara getmək mövqeyində deyil. Çünki biz Azərbaycan xalqıyıq, erməni deyilik!

Amma bu məsələdə son qərarı Rusiya verməlidir: ya Qarabağın bizə geri qaytarılmasını təmin etməlidir, ya da … o, NATO-nun Moskvada casus rezidenturasına çevrilmiş erməni lobbisi və Paşinyanların “ermənistanı” ilə üz-üzə qalacaqdır. Nə qədər də erməni lobbisi güclü olsa belə, Rusiya artıq bu lobbidən bir xeyir görmür. Məsələn, Rusiyaya qarşı ABŞ-da, Avropada sanksiyaların qəbulu məsələsində erməni lobbisi heç Mosvaya yaxın durmadı!

Andrey Qromıko kimi SSRİ xarici işlər naziri yazırdı: 1946-1947-ci illərdə Stalinin Türkiyəyə qarşı ərazi iddiaları ona gətirib çıxardı ki, Türkiyə NATO-ya qoşuldu, “potensial müttəfiqi ağılsızlığımız ucbatından düşmən səfinə sıxışdırdıq”. Kreml bundan da nəticə çıxarmalıdır!

Moskva bilməlidir ki, erməni dığacıqlarından fərqli olaraq, Azərbaycanın itirilməsi, elə Türk Dünyasının Moskva üçün bütünlüklə itirilməsi, Rusiyanı saxlayan avrasiyaçılıq ideyasının sonu demək olacaq!

Qarxunlu

Millətçilik qəzeti

Əvvəlki“Qızıl Geyimli Adam” sərgisindən videoreportaj
NövbətiErmənilər atəşkəsi 93 dəfə pozub